416
KİMYA PROBLEMLƏRİ № 4 2015
UOT:665.541.48.
MÜALİCƏVİ NAFTALAN NEFTİNİN KİMYƏVİ VƏ MİKROBİOLOJİ TƏDQİQAT
NƏTİCƏLƏRİNİN TƏHLİLİ
V.M.Abbasov, P.Z.Muradov, G.E.İsmayılova, G.Ə.Nəcəfova, A.E.Əlizadə
AMEA-nın akademik Y.H.Məmmədəliyev adma Neft Kimya Prosesləri institutu AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutu Az 1025 Bakı, Xocalı prospekti, 30; e-mail: anipcp@,dcacs. ab. az AMEA-nın Mikrobiologiya İnstitutu AZ 1073 Bakı ş., Batamdart şossesi, 40 e-mail:[email protected]
Naftalan neftinin fiziki-kimyəvi və mikrobioloji tədqiqatlarlarına həsr olunmuş ədəbiyyat materiallarına baxılıb. Naftalan neftinin fiziki-kimyəvi tədqiqatlarının üç mərhələsi qeyd olunub: 1-ci mərhələ - 1931-1961-ci illər; 2-ci - 1962-1992-ci illər və 3-cü mərhələ - 1993-2015-ci illər. Üç dissertasiya işinin nəticələri nəzərdən keçirilib, onlardan ikisi naftalan neftinin fiziki-kimyəvi, biri isə ag naftalan yağının bəzi dərman bitkilərinin efir yağları ilə kompozisiyalarının mikrobioloji xassələrinin tədqiqinə həsr olunub.
Açar sözlər: naftalan nefti, ag naftalan yağı, efir yağları, antimikrob xassələr
Neft hələ qədimdən insanlara məlum idi və ondan müxtəlif sahələrdə istifadə edilirdi. Müalicəvi Naftalan nefti təxminən 160 il öncə xüsusi qazılmış quyulardan çıxarılmağa və emal olunmağa başlanmışdır. XIX əsrin axırlarında alman mühəndisi Eger müalicəvi Naftalan nefti olan yatağın istismar hüququnu əldə etmişdi və 1914-cü ilə qədər yatağı istismar etmişdi. O, 1905-1914-cü illərdə yataqdan 1000 ton neft çıxarmışdı. O, eyni zamanda müalicəvi neftdən müalicəvi yağ alınması üsulunu yaratmış və yatağın yaxınlığındakı kiçik zavodda onun istehsalını təşkil etmişdi. Onun qazdırdığı quyuların dərinliyi 138-dən 450 metrə qədər idi. Egerin müalicəvi neft haqqında reklam məqalələri əslində bu neft haqqında ilk elmi məqalələr idi. O vaxt Almaniyada iki Naftalan aksioner cəmiyyəti yaradılmışdı - Maqdeburqda və Drezdendə. Bu cəmiyyətlər Naftalan nefti əsasında dərman preparatları hazırlayırdılar.
Qısa müddətdə Naftalan neftinə və onun müxtəlif preparatlarına tələbat Almaniyada, İngiltərədə, Fransada, Amerikada, Yaponiyada və digər ölkələrdə kəskin artdı. Drezden “Naftalan” aksioner cəmiyyəti naftalanın istifadəsinə aid təlimat hazırladı ki, ona E.İ.Egerin məqalələri ilə yanaşı, həkimlərin 600-dən çox rəyləri daxil idi [1-2].
Rusiyada Naftalan neftinin müalicəvi əhəmiyyəti haqqında ilk məlumatı rus həkim
F.Q.Rozenbaum Tiflisdə Qafqaz tibb cəmiyyətində 1896-cı ildə çıxışı zamanı vermişdi. O, naftalanı birinci dərəcəli yanıqlarda, kəskin və xroniki ekzemalarda, pullu dəmirovda, iltihablı yaralarda, dartılmalarda, burxulmalarda, revmatik ağrılarda, limfa vəzlərinin iltihabında və s. istifadə etmişdi.
1920-ci ildə Naftalan yatağı dövlətin tabeliyinə keçdi. 1926-cı ildə bu yataq Azərbaycan sənaye kombinatının istifadəsinə verildi. İki il sonra Azkimya tresti bu mədən yaxınlığında müalicəvi sürtkü istehsal edən kiçik zavod tikib işə saldı. 1931-ci ilin yanvarında “Azneft” birliyi planlı kəşfiyyata başladı və neftin müalicəvi xassələrinin, fiziki-kimyəvi xassələrinin tədqiqatları geniş miqyas aldı. Müalicəvi neftin fiziki-kimyəvi xassələrinin tədqiqini üç dövrə bölmək olar: I dövr - 1931-1961-ci illər; II dövr - 1962-1992-ci illər; III dövr - 1993-2015-ci illər.
Birinci dövrdə (1931-1961-ci illər) müalicəvi neftin genezisinə, geologiyasına, fiziki-kimyəvi xassələrinin tədqiqinə aid bir sıra tədqiqatlar aparılmışdır [3-5].
Qeyd edək ki, bu dövrdə Naftalan neftinin fiziki-kimyəvi xassələrinin və müalicəvi təsirinin əlaqəli tədqiqatı aparılmışdır və bu neftin müalicəvi təsir mexanizminə aid ilk ideya da məhz o dövrdə dünya şöhrətli alim, akademik
KİMYA PROBLEMLƏRİ № 4 2015
V.M.ABBASOV və b.
417
Y.H.Məmmədəliyev tərəfindən irəli sürülmüşdür. Belə ki, Y.H.Məmmədəliyevin rəhbərliyi ilə neftin fiziki-kimyəvi və struktur qrup tərkibi öyrənilmiş, neftdən su, asfaltenlər, qətranlar, təbii neft turşuları çıxarılaraq çox həlqəli naften karbohidrogenləri qarışığı alınmışdır. Tibbi tədqiqatlar göstərmişdir ki, müalicəvi neftin yuxarıda qeyd olunan komponentlərdən təmizlənmiş naften karbohidrogenləri daha güclü müalicəvi təsirə malikdir və heç bir mənfi təsir göstərmir. Məhz bu nəticələrə əsasən
Y.H.Məmmədəliyev belə bir ideya irəli sürmüşdür ki, Naftalan neftinin müalicəvi təsiri onda olan çoxhəlqəli naften karbohidrogenləri ilə əlaqədardır. 1961-1965-ci illərdə bu işlər Neft Kimya Prosesləri İnstitutunda, 1965-1992-ci illərdə paralel olaraq Aşqarlar Kimyası İnstitutunda aparılmışdır. Neft Kimya Prosesləri İnstitutunda professor H.Həşimovun, Aşqarlar Kimyası İnstitutunda akademik
Ə.M.Quliyevin rəhbərliyi altında tədqiqatlar davam etdirilmişdir [6].
1992-ci ilə qədər müalicəvi Naftalan neftinin fiziki-kimyəvi xassələri və struktur-qrup tərkibinin tədqiqinə aid iki namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə olunub.
1971 -ci ildə Neft Kimya Prosesləri İnstitutunun əməkdaşı R.M.Babayev “Azərbaycan SSRİ-nin Kirovabad rayonu neftlərinin karbohidrogen tərkibinin öyrənilməsi” mövzusunda (elmi rəhbəri professor H.H.Həşimov olmuşdur), 1979-cu ildə Aşqarlar Kimyası İnstitutunun əməkdaşı Ə.N.Muradov “Müalicəvi Naftalan neftinin kimyəvi tərkibinin tədqiqi” adlı (elmi rəhbəri akademik Ə.M.Quliyev) dissertasiya işini müdafiə etmişdir.
R.Babayev müəyyən etmişdir ki, 300-350oC-də qaynayan fraksiyanın tərkibində 66.9% naften-parafin, 22.52% monotsiklik, 8.95% bitsiklik, 1.93% tritsiklik aromatik karbohidrogenlər vardır; 350-400oC-də qaynayan fraksiyada 56.0%, 400-450oC-də
qaynayan fraksiyada 39.5% naften-parafin karbohidrogenləri vardır.
Ə.H.Muradov Naftalan neftinin naften karbohidrogenlərinin ayrılma texnologiyasını
təklif etmiş və bunun üçün iki üsul istifadəsini məslətət görmüşdür:
I variant. Naftalan neftinin qətran-sızlaşdırılması və aromatiksizləşdirilməsi onun benzin məhlulunda alümoslikat adsorbenti ilə kontakt işlənməsi ilə aparılır.
II variant. Naftalan neftinin qətransızlaşdırıması maye propan məhlulunda aparılır. Aromatiksizləşdirilmə isə adsorbent ilə kontakt işlənməsi ilə və ya hərəkət edən adsorbent təbəqəsində aparılır.
Qeyd edək ki, hər iki variant ciddi qüsurlara malikdir və müasir tələblərə cavab vermir. İkinci variantda təzyiq altında maye propanda qətransızlaşdırılma aparılması şəraiti 50 atmosfer təzyiq və 70-90oC temperatur və neft ə nəzərən maye propanın 500%
götürülməsi prosesin nə qədər çətin olduğunu göstərir. Aromatiksizləşdirmə üçün neftə nəzərən 5-6 dəfədən çox benzin və adsorbent götürülməsi, çoxlu miqdarda əlavə məhsulların alınmasına, yüksək enerji məsrəflərinə səbəb olur və bu üsul aromatik karbohidrogenlərdən tam təmizləməyə imkan vermir.
Müalicəvi Naftalan neftinin fiziki-kimyəvi xassələri geniş tədqiq olunmuşdur. Fəaliyyətdə olan 12 neft quyusundan nümunələr götürülmüş, müəyyən edilmişdir ki, yoxlanılan neftləri suyun miqdarına görə iki qrupa ayırmaq olar: az sulu neftlərdə suyun miqdarı 0.15-2.4%, çox sulu neftlərdə isə 12.531.0% həddində olur. Müəyyən edilmişdir ki, fəaliyyətdə olan quyuların 4-dən çıxarılan neftlərin başlanğıc qaynama temperaturu 206225 oC, 8-də isə 260-264.6 oC həddində olmuşdur. Neftlərdə parafin karbohidrogenləri aşkar olunmamışdır. Aşkar olunmuşdur ki, 200-450oC-də qaynayan fraksiyada 1,2-benzantrasenin və 3,4-benzfenantrenin kütlə payı 0.47%-ə qədər, 400-450 oC-də qaynayan fraksiyada isə 1%-ə qədər olur.
İlk dəfə olaraq müalicəvi Naftalan neftinin distillatının iki pilləli hidrogenləşmə prosesi işlənib hazırlanmışdır. Hidrotəmizləmə üçün alümokobalt molibden, TKD-205 və TO-30/7, hidrogenləşdirici katalizatoru kimi Ni-Cr və Reney nikeli katalizatorları öyrənilmişdir.
Müalicəvi Naftalan neftinin mikrobioloji təsirləri professor N.D.Əliyevin rəhbərliyi altında tədqiq olunmağa başlamışdır [5,7].
KİMYA PROBLEMLƏRİ № 4 2015
418
MÜALİCƏVİ NAFTALAN NEFTİNİN KİMYƏVİ
V.M.Abbasovun və P.Z.Muradovun rəhbərliyi ilə ağ Naftalan yağı və onun fraksiyalarının bəzi bitki mənşəli efir yağları ilə müxtəlif kompozisiyalarının antimikrob xassələri tədqiq olunmuşdur [8-9]. Müəyyən edilmişdir ki, ağ Naftalan yağından alınan fraksiyaların adi raziyana və cirə bitkilərindən alınan efir yağları ilə 1.0:0.04-0.06 (və 0.08) ml nisbətlərində hazırlanmış kompozisiyaları E coli-nin böyüməsinə təsiri böyümənin başlanğıcında müşahidə olunur və bu özünü əsasən naftalan yağından 220-280 oC temperatur sərhədlərində alınan fraksiyalardan hazırlananlarda biruzə verir, qalan fraksiyalarda isə bakterisid təsir böyümənin 3 və sonrakı saatlarında müşahidə olunur. Hazırlanan kompozisiyada efir yağlarının miqdarının bir qədər artırılması böyümə prosesinin ümumiyyətlə müşahidə olunmamasını şərtləndirir.
Aydın olmuşdur ki, tədqiq edilən bitkilərdən alınan efir yağlarından hazırlanan kompozisiyalar Psevdomonas aeruginosaya qarşı bakterisid təsirə malikdirlər və bu hal özünün ən yüksək kəmiyyət göstərcisinə ağ naftalan yağının 220-280oC-də alınan birinci
üç fraksiyanın cirənin efir yağı ilə 1:0.08 ml nisbətində hazırlanan kompozisiyasında qeydə alınır. Adi raziyana, cirə və kəklikotu bitkilərindən alınan efir yağları ilə ağ naftalan yağının fraksiyalarının müxtəlif nisbətlərdə (1:0.02-0.10 ml) efir yağlarının əlavə edilməsi ilə əldə edilən kompozisiyaların staphylococcus aureusa münasibətdə göstərdiyi bakterisid təsir efir yağlarının istənilən nisbətində müşahidə olunur. 1:0.04 və yüksək nisbətli kompozisiya isə mikrob hüceyrəsinin inkişafının tamamilə dayanması üçün tələb olunan minimal müddəti (30 dəqiqə) müəyyənləşdirir.
Ağ Naftalan yağından alınan bütün fraksiyalar böyümənin ilk 6 saatında Candida albicansın böyüməsini məhdudlaşdırmadığı halda həmin fraksiyaların adi raziyana, cirə, kəklikotunun efir yağları ilə müxtəlif (1.0:0.02-0.1 ml) nisbətində hazırlanan kompozisiyaları fungisid təsirini daha erkən ekspozisiya müddətində biruzə verirlər. Qeyd olunanlar onu göstərir ki, dərman bitkilərinin efir yağları “Ağ Naftalan yağı” əsasında güclü antimikrob təsirli kompozisiyalar hazırlamaq olar.
ədəbiyyat
1. Гулиева С.А. Уникальная лечебная наф- 7. Алиев Н.Д. Зейналова С.К. О
талановая нефть. Баку, Азернешр, 1981, 231 с.
2. Goldmann A.Deutsche medizin. Zeitschrift, 1905, № 1.
3. Брауде Р.С. Нафталанская нефть. Москва -Ленинград, НКЗдрав.1940, с.20.
4. Егоров К.А. Химия нафталана. В сб. Нафталан при внутренних болезнях. Баку, 1941, с. 28-43.
5. Алиев Н.Д., Махмудбекова, Х.Л. О бактерицидном действии нафталанской нефти. В кн. Сборник рефератов и. отдельных работ по эпидемиологии, микробиологии и гигиене. 1944-1954, Баку, 1956 г., с. 139-140.
6. Ашумов Г.Г., Агаева Р.М., Меджидов А.А.и др. Углеводородный состав нафталанской лечебной нефти. // Азерб. химический журнал, 1976, №1, с. 88-93.
бактекрицидном и фунгицидном действии нафталана и его компонентов (фракций). В сб. «Реактивность организма в условиях патологии» Баку, 1980, с. 27-29.
8. Abbasov V.M., Zeynalova S.Q., Rəsulova G.R. və başqaları. Ağ naftalan yağı fraksiyalarının kəklikotunun efır yağı ilə kompozisiyaların antibakterial təsiri. // Azərbaycan əczaçılıq və farmokoterapiya jurnalı, 2008, № 2. s.43-47.
9. Abbasov V.M., Zeynalova Səidə Q., Rəsulova G.R., Nəcəfova G.Ə., Abbasova Z.V. Ağ Naftalan yağı fraksiyalarının cirənin efir yağı ilə kompozisiyaların Staphylococeus aureus-a antimikrob təsiri. // Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, 2009, № 2, s.65-69.
REFERENCES
1. Gulieva S.A. Unikal'naja lechebnaja naftalanovaja neft'. [Unique medicinal naphthalan oil]. Baku, Azerneshr Publ. 1981, 231 p.
2. Goldmann A.Deutsche medizin. Zeitschrift, 1905, № 1.
3. Braude P.S. [Naphthalan oil]. Moscow-Leningrad , 1940, p.20.
KİMYA PROBLEMLƏRİ № 4 2015
V.M.ABBASOV və b.
419
4. Egorov K.A. Chemistry of naphthalan. In: Collected articles - Naphthalan for medical diseases. Baku, 1941, pp. 28-43.
5. Aliev N.D., Mahmudbekova H.L. On bactericidal effect of naphthalan oil. In: Collected summaries and works on epidemiology, microbiology and hygiene. 1944-1954, Baku, 1956 , pp. 139-140.
6. Ashumov G.G., Agaeva R.M., Medzhidov A.A.i et al. Hydrocarbon compound of naphthalan medicinal oil. Azerb. Kimya jurnali - Azerbaijan Chemical Journal. 1976, №1, pp. 88-93.
7. Aliev N.D. Zejnalova S.K. On bactericidal and fungicidal effect of naphthalan and its components (fractions!. In: Collected - «Reactivity of organism in terms of pathology».Baku, 1980, pp. 27-29.
8. Abbasov V.M., Zeynalova S.G., Rasulova G.R. et al. Antibacterial effect of white naphthalan oil composition with essential oils of thyme. Azerbaijan ezachılıq ve farmokoterapiya jurnalı - Azerbaijani journal ofpharmaceutics and pharmacotherapy. 2008, NO. 2. p.43-47.
9. Abbasov V.M., Zeynalova S.G., Rasulova G.R., Najafova G.A., Abbasova Z.V. Antimicrobial effect of white naphthalan oil composition with essential oils of cumin on Staphylococeus aureus. Azerbaijan ezachılıq ve farmakoterapiya jurnalı - Azerbaijani journal of pharmaceutics and pharmacotherapy. 2009, NO. 2, pp.65-69.
DISCUSSION OF THE RESULTS OF CHEMICAL AND MICROBIOLOGICAL STUDIES INTO
MEDICINAL NAPHTHALAN OILS
V.M.Abbasov, P.Z.Muradov, G.E.Ismailova, G.A.Nadjafova, A.E.Alizadeh
Acad. Y. G. Mamedaliyev Institute of Petrochemical Processes of the ANAS 30, Hodjaly Ave, AZ 1025 Baku,Azerbaijan;; e-mail: [email protected] Institute of Microbiology of the ANAS 40, Batamdart highway, AZ 1073 Baku, Azerbaijan; e-mail:[email protected]
Some literary materials on analysis of physical-chemical and microbiological properties of medicinal Naphthalan oil have been considered in brief. Three periods of research into physical-chemical properties of oil have been indicated: I-st period covers years 1931-1961; II-nd period - years 1962-1992; III-rd period - years 1993-2015. Results of three dissertations have been analyzed of which two deal with physical-chemical properties of this oil and one - compositions of microbiological properties of white Naphthalan oil with oils of some medicinal plants. Keywords: Naphthalan oil, white Naphthalan oil, essential oils, microbiological effect.
ОБСУЖДЕНИЕ РЕЗУЛЬТАТОВ ХИМИЧЕСКИХ И МИКРОБИОЛОГИЧЕСКИХ ИСCЛЕДОВAНИИ
ЛЕЧЕБНОЙ НАФТАЛАНСКОЙ НЕФТИ
В.М.Аббасов, П.З.Мурадов, Г.Э.Исмаилова, Г.А.Наджафова, А.Э.Ализаде
Институт Нефтехимических Процессов им. акад. Ю.Г.Мамедалиева НАНА Институт нефтехимических процессов им акад.Ю Мамедалиева НАНА AZ 1025 Баку, пр.Ходжалы, 30; e-mail: [email protected] Институт Микробиологии НАНА AZ 1073 Баку, Батамдартское шоссе , 40; e-mail:[email protected]
Кратко рассмотрены литературные материалы по исследованию физико-химических и микробиологических свойств лечебной нафталанской нефти. Указаны три периода исследований физикохимических свойств нефти: I период 1931-1961 годы; II период 1962-1992 годы; III период 1993-2015 годы. Проанализированы результаты трех диссертационных работ, две из которых по физико-химическим свойствам этой нефти и одна по микробиологическим свойствам композиций белого нафталанового масла с маслами некоторых лекарственных растений.
Ключевые слова: нафталанская нефть, белое нафталановое масло, эфирные масла, микробиологическоe действие.
Redaksiyaya daxil olub 29.10.2015.
KİMYA PROBLEMLƏRİ № 4 2015